Baxımlı əllərin düsturu

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

Qış aylarında soyuğa məruz qalan əllərinizi gözəl və sağlam hala gətirməyə nə deyərsiniz? Hər evdə olan sadə vəsaitlərlə dərinizi qorumaq təxmin etdiyinizdən də asandır.

Hamar və yumşaq əllərə sahib olmaq üçün evdə asanlıqla hazırlana bilən sadə və təsirli maskalar var. Sıx iş qrafikinizdən çox az vaxt ayıraraq əllərinizi qoruma altına ala bilərsiniz.

Əllərinizi yuyarkən istifadə etdiyiniz sabunun dərinizə uyğun olması çox əhəmiyyətlidir. Bu görə kimyəvi tərkibi olmayan sabun istifadə etməlisiniz. Hamar əllərə sahib olmaq üçün qulluq maskalarını həftədə 2 ya da 3 dəfə tətbiq etmək kifayətdir. Maskalar əllərinizi həm nemlendirecek həm də əllərinizdəki ölü dərilərin atılmasına kömək olacaq.

Bal maskası

İlıq bir suda əllərinizi yumşalana qədər gözləyin. Bal və zeytunyağı qarışdıraraq bu qarışıqda əllərinizi 5 dəqiqə saxlayın. Əllərinizi yuyun və nəmləndirici kreminizi sürün.

Gil maskası

Şüşə bir qabda 1 çay qaşığı badam yağını, 2 ədəd yumurta sarısını və 1 çay qaşığı gili, məcun konsistensiyasına gələnə qədər qarışdırın. Qarışığı soyuducuda 10 dəqiqə saxlayın. Bu maskanı əllərinizə masaj edərək tətbiq edin.

Hesabım

Sifarişlərinizi izləmək üçün daxil olun.