Makiyajın son istifadə tarixinə baxırsınızmı?

İstifadəçi səsi:  5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active
 

 

Kosmetika məhsullarının son istifadə tarixi olduğunu bilirsinizmi? İstifadə ömrünü başa vuran imtina edə bilmədiyimiz bu məhsullar dəri sağlımızı təhdid edir.

Biz qadınların makiyaj vəsaitləri və gözəllik məhsullarına düşkünlüyü bir gerçəkdir. Satın alarkən onları nə qədər seviriksə, zamanla onlardan qopma da bir o qədər çətin olur )))

1 - Tuş

İlk olaraq baxışlarınızı daha təsirli etmək üçün kirpiklərinizin ən böyük dəstəkçisi olan tuşu 3-4 ay arası istifadə edə bilərsiniz.

2 - Göz Qələmi

Göz şəklinizi diqqətçəkici edən və dərinlik qazandıran göz qələmləri isə ən uzun müddətli məhsullar arasında yer alır. 18-24 ay müddət istifadə edə bilərsiniz.

3 - Lak və Pomada

Dırnaqlarınıza rəng verən lakları isə 2 il müddətlə istifadə edə bilirsiniz. Hamımızın sevimlisi olan pomadalar isə 12-18 ay aralığında istifadə edilə bilər.

4 - Tonal krem

Son olaraq tonlaşdırıcı kremlər də 6-12 ay keçdikdən sonra dərimizin sağlamlığı üçün istifadə etməməyə diqqət edək.

Hesabım

Sifarişlərinizi izləmək üçün daxil olun.