Dodaq peeling'i necə edilir

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

Sıx iş qrafiki, idman, alış-veriş və bitməyən bu kimi qaçaqaçdan sonra qalan zamanı qiymətləndirərək bu gün gözəlliyinizə vaxt ayıra bilərsiniz. Bugünkü 'özün et' ideyamız özümüzə kiçik bir diqqət göstərməyizə yönəlib. Gəlin dodaqlarımızı peeling edək. 

Dodaq peeling'i ilə dodaqlarınızdakı ölü hüceyrələrdən xilas olub onların yenidən canlanmasını və cod görünüşdən uzaqlaşmasını təmin edə bilərsiniz. 

- Bizə nə lazımdır?

• Bal

• Qəhvəyi şəkər tozu

• Zeytun yağı

- Necə edək?

• İlk olaraq qəhvəyi toz şəkərinizi bir çay qaşığı köməyi ilə götürərək kiçik bir çay nəlbəkisinə boşaldın.

• Ardından bal ilə birlikdə qarışdırmış olduğunuz zeytunyağını qəhvəyi toz şəkərin üzərinə tökdükdən sonra yavaşca qarışdırmağa başlayın.

• Qarışdırma əsnasında toz şəkərin çox qarışmamasına diqqət edin. Artıq dodaq peelinginiz hazır vəziyyətdə.

• İndi dodaqlarınıza pilinq etməyə başlaya bilərsiniz. Kiçik bir tövsiyə, bu tətbiqdən əvvəl diş fırçanız ilə dodaqlarınızı 5 dəqiqə dairəvi hərəkətlərlə masaj edin.

• İndi, hazırladığınız peeling'i barmağınızla dairəvi hərəkətlərlə yavaşca ovalayın.

• Bunu 3 ya da 4 dəqiqə ərzində davam etdirin.

• Bunu bitirdikdən sonra dodaqlarınızı ilıq su ilə yaxalayın və sonra nəmləndirici kreminizi sürtün.

• Dodaqlarınızın əvvəlki kimi dolğun və yumşaq olduğunu görəcəksiniz.

Hesabım

Sifarişlərinizi izləmək üçün daxil olun.